Günah insanı savabdan, xeyirdən uzaqlaşdıran işə deyilir. İslam alimləri bu mövzuda çoxlu əsərlər yazmışlar. Onlara görə günahlara aiddir: 1.Allaha şərik qoşmaq 2.Adam öldürmək 3.Cadu eləmək və ya elətdirmək 4.Fala baxmaq və ya baxdırmaq 5.Namazı tamamilə tərk etmək 6.İmkanı əl versə da zəkat verməmək 7.Üzürlü səbəbi yoxsa orucu pozmaq və ya tutmamaq 8.İmkanı olduğu halda Həccə getməmək 9.Valideyn hüququna riayət edilməməsi 10.Qohum-əqrəba əlaqələrini kəsmək 11.Faiz 12.Yetim malı yemək 13.Allah ve Rəsulu adından yalan danışmaq 14.Savaşdan qaçmaq 15.Hökmdarın xalqını aldatması və onlara əzab-əziyyət verməsi 16.Yalandan şahidlik etmək 17.İçki içmək 18.Qumar oynamaq 19.Günahsız, namuslu qadına şər atmaq, dedi-qodu eləmək 20.Yol kəsmək 21.İntihar etmək 22.Haram yemək
23.Çox yalan danışmaq 24.Rüşvət almaq və ya vermək 25.Hakimin ədalətsiz hökm verməsi 26.Qadınların kişilərə, kişilərin də qadınlara bənzəməsi 27.Elmi mənfəətlər üçün öyrənmək və bildiklərini başqalarının öyrənməməsi üçün gizləmək 28.Müsəlmanlara xəyanət etmək 29.Verdiyini başa qaxmaq 30.Verdiyi sözə əməl etməmək, aldatmaq 31.Başa gələn müsibət sonrası saç yolmaq, lənət etmək, qısaca üsyan etmək 32.Kişilərin ipək geyib, qızıl taxması 33.Vəsiyyətdə haqsız bölüşdürmə 34.Qurbanın Allahdan başqasının adına kəsilməsi
 Gəlin elə yaşayaq ki,həyatımızda günaha yer qalmasın.Və hamımız əlimizi açıb Allaha bir ağızdan dua edək: “Allahım,Sən böyüksən. Böyüklük yalnız və yalnız sənə aiddir. Sən bu gunahkar qulunun tövbəsini qəbul et.Allahım, sən tövbələri qəbul edən, bağışlayansan. Günahlarımızı bağışla. Bizlərə mərhəmət eylə. Ey mərhəmətlilərin ən mərhəmətlisi!” AMİN
|